Ankaradan SİYASİ GEDİŞ: ABŞ-ın 40 ədəd F-16 qırıcısını
Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı almasını və Ankarada olan təxminən 80 Amerika qırıcısını modernləşdirməsini istəyib.
Publika.az xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" agentliyi məlumat yayıb.
Mənbə bildirib ki, müqavilənin milyardlarla dollar olduğu təxmin edilir, lakin hələ də Dövlət Departamenti və Pentaqonun bir hissəsi olan müvafiq hökumət qurumu tərəfindən öyrənilir. Sözügedən qurum hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika, silah tədarükü, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin təşviqi və Vaşinqtonun müdafiə sahəsində xarici tərəfdaşlarına maliyyə və texniki yardım göstərilməsində məsuldur.
"Reuters" xatırladır ki, bu strukturların mümkün təsdiqindən sonra müqavilə Konqres tərəfindən bloklana bilər. Çünki Respublikaçılar və Demokratlar Vaşinqton rəhbərliyini Rusiyadan S-400 zenit-raket kompleksinin alınması ilə əlaqədar Ankaraya təzyiq göstərməyə çağırışlar edirlər.
Mənbə ehtimal edir ki, Ankara tərəfindən atılan bu addım silah ticarətindən daha çox siyası gedişdir.
ABŞ Dövlət Departamenti məlumatı belə şərh edib: "Silah və texnikanın digər ölkəyə satışı və ya verilməsi rəsmi olaraq Konqresə təqdim edilməlidir və yalnız bundan sonra məsələ təsdiq və ya şərh edilə bilər".
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm