Ann Linde: 'İsveç Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir
"İsveç Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir".
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan və İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə xarici işlər naziri Ceyhun Bayramovla isveçli həmkarı Ann Linde arasında məktub mübadiləsində bildirilir.
Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bu ilin 19 may tarixində Stokholmda yerləşən Nobel mükafatı Muzeyində təşkil olunacaq mədəni tədbirin ölkələrimiz arasında körpü rolunu oynayan Bakıdakı Nobel irsi baxımından rəmzi əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bu illər ərzində Azərbaycan və İsveç arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. İsveçin növbəti il Aİ Şurasında uğurla sədrlik edəcəyinə inandığımız və bu xüsusda, İsveçin həmtəsisçilərindən biri kimi Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirəcəyi fəaliyyətinə töhfə verməyə hazır olduğumuz bildirilib.
Ann Linde məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib və fürsətdən istifadə edərək Azərbaycan və İsveç arasında mövcud dostluq və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Ann Linde bundan sonra da iki ölkə arasında mövcud xoş münasibətlər və əməkdaşlığın davam etdirilməsini arzu edib.
Nazirlər səmimi təbriklərini çatdırıb və ölkələrimiz arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişafını arzu ediblər.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test