ANS yenidən qayıdır? - 'Yenidən müraciət edəcəyik
"Audiovizual Şura artıq birdən-birə üç radiotezliyi tenderə çıxarıb. ANS-ÇM də müsabiqədə iştirak edir. Düşünürəm, bu dəfə Qafqaz və Orta Asiyada ilk yaranmış radiomuz tenderdə qalib gələ biləcək".
Bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib. O xatırladıb ki, ANS-ÇM "Döyüş alnımıza yazılıb" şüarının elçisi və daşıyıcısıdır:
"İnanmaq istəyirəm ki, bu dəfə mən milyonlarla dinləyicilərimizin, daim mənə ANS-ÇM radiosunu açmaq tələbi ilə müraciət edən şəxslərin qarşısında başıaşağı qalmayacam. Hamını bir sual maraqlandırır - axı niyə ANS-ÇM Azərbaycanda olmasın, bu qərarın arxasında kim durub?! Bir şeyi bilirəm ki, bu, Azərbaycan xalqı deyil!".
V.Mustafayev qeyd edib ki, Avropanın Şurası və Birliyinin tələbi ilə Azərbaycanda da, Ermənistan və Gürcüstanda olduğu kimi, bir çox radioların açılması gündəmdədir:
"Lakin qərar verən cənablar, söhbət kəmiyyətdən yox, keyfiyyətdən gedir. Şuşa radiosu tenderini ANS-ÇM "uduzdu". Nəticədə nə oldu? Bu günədək Şuşada heç bir radio fəaliyyət göstərmir. Müsabiqəni udan təşkilat rahatca Bakıda oturub, Şuşadan çox uzaqda fəaliyyət göstərir. Amma bu gün məhz Şuşada radionun olması və Azərbaycanın səsini yerində ucaltması çox vacib, taleyüklü məsələdir". / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var