Anti-milli satqınlar ölkəmizin haqq işinə kölgə salmağa cəhd göstərir' - Deputat
Sentyabrın 12-si gecə saatlarında Ermənistan ölkəmizə qarşı yeni təxribata əl atdı. Hər dəfə layiqli cavablarını almalarına baxmayaraq məğlubiyyətdən nəticə çıxarmayan Ermənistan bu dəfə də törətdiyi təxribatların cavabını aldı. Azərbaycan Ordusunun "Qətiyyətli cavab" əməliyyatı nəticəsində düşmən tərəfi xeyli canlı qüvvə və texnika itkisi verdi.
Hər dəfə təxribat törədərək ağır məğlubiyyətlə qarşılaşan Ermənistan nəyə nail olmaq istəyir?
Millət vəkili Fəzail Ağamalı azxeber.com-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən nəticə çıxarmayıb:
"Təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlarını davam etdirir. Genişmiqyaslı son təxribatlar bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın 44 günlük Zəfərindən, onu zəlil və miskin vəziyyətə salan məğlubiyyətindən nəticə çıxarmayıb. Ermənistan 10 noyabrda kapitulyasiyaya imza atandan bu günədək Azərbaycanın qazandığı möhtəşəm qələbəni həzm edə bilmir. Ermənistan cəmiyyəti də bu cür psixoloji gərginliyin fəsadlarını yaşayır. Son təxribat zamanı Silahlı qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirərək, düşmənə ağır və sarsıdıcı zərbələr endirib. Bu, Azərbaycanın suverenliyinə, əhalimizin təhlükəsizliyinə və Beynəlxalq hüquqa söykənən legitim haqqımızdır".
Deputat təəssüflə qeyd edib ki, anti-milli qüvvələr yenə də ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir:
"Təəssüf ki, yenə də bəzi ölkələrin siyasi dairələri ədalətə, haqqa və reallığa söykənməyən mövqe nümayiş etdirir, riyakarcasına faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər. Eyni zamanda Azərbaycan adı altında simasını pərdələyən anti-milli satqınlar ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə edirlər".
"Azərbaycan Silahlı Qüvvələri bütün prosesə nəzarət edir, ermənilərin diversiya qruplarının hücum xarakteri daşıyan addımlarına qətiyyətli cavab verilir" – deyə deputat əlavə edib.
Onu da qeyd edək ki, bu gün yayılan məlumata görə, Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər. O qeyd edib ki, bu razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.
Aydın Nuri

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı