FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddurBolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı material dərc edib.
azxeber.com xəbər verir ki, məqalə müəllifi mükafatın təsisçilərinin birtərəfli yanaşma seçməsindən və Azərbaycan Prezidenti İlham Əliyevi qeyd etməməsindən təəccübünü ifadə edir, çünki Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi idi.
Nəşr xatırladır ki, 2025-ci ilin yayında Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə birgə bəyannamə imzalayaraq çoxillik qarşıdurmanın başa çatmasının əsasını qoyublar.
"Münaqişənin başa çatmasının hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi olmasına baxmayaraq, mükafat yalnız Paşinyana verildi. Ermənistanın Baş naziri xüsusi olaraq Almaniyaya getdi və münsiflər heyətinin birtərəfli yanaşmasını görməzdən gələrək mükafatı qəbul etdi", - məqalədə bildirilir.
Müəllifin fikrincə, Hessen mükafatının verilməsi qərarı Ermənistan-Azərbaycan barışığının Azərbaycan və Ermənistan rəhbərliyinin birgə nailiyyəti kimi qiymətləndirildiyi digər beynəlxalq mükafatlardan xüsusilə kəskin şəkildə fərqlənir.
"2026-cı ilin fevralında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan beynəlxalq münsiflər heyəti tərəfindən verilən və 1 milyon dollar pul fondu olan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı, bu ilin aprelində isə sülh və barışıq üçün "Gernika" mükafatını alıblar. Hessen mükafatının administrasiyası bu beynəlxalq kontekstə məhəl qoymayaraq Azərbaycanı ümumi sülh formulundan kənarda qoyub və ikitərəfli siyasi nailiyyəti Nikol Paşinyanın şəxsi töhfəsinə çevirib", – məqalədə bildirilir.
Müəllif vurğulayır ki, Hessen mükafatının təşkilatçıları Ermənistandakı demokratik islahatları ayrıca qeyd edərək Paşinyanın daim demokratik islahatlar prosesinə rəhbərlik etdiyini və ölkədə demokratik institutların yaradılması üçün yorulmadan səy göstərdiyini bildirib. Bununla belə, müəllif bu qiymətləndirmələri şübhə altına alan bir sıra faktları diqqətə çatdırır:
"Lakin təkzibolunmaz faktlar bunun əksini göstərir - Ermənistanda müxalifətin təqib olunması pik həddə çatıb, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində isə avropalı müşahidəçilər bir sıra ciddi pozuntular aşkar ediblər".
Materialda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Fərəh Kəriminin sözləri sitat gətirilir. O bildirib ki, Ermənistanda seçki kampaniyası son dərəcə qarşıdurma xarakterli olub, parçalayıcı ritorika ilə müşayiət edilib, həmçinin səslərin satın alınması ilə bağlı ittihamlar və seçki qanunvericiliyinin pozulmasına dair digər faktlar yer alıb.
Seçki kampaniyasına təzyiq kontekstində Ermənistan Baş Prokurorluğunun statistikasına da istinad edilir: 2026-cı il fevralın 7-dən iyunun 7-dək seçkilərlə bağlı 210 cinayət işi və 349 nəfərə qarşı cinayət təqibi başlayıb.
Eyni zamanda, müəllif xatırladır ki, Ermənistanda Paşinyanın Erməni Apostol Kilsəsinin lideri - Ermənistan Katolikosu II Qareginlə açıq müharibəsi fonunda kilsə rəhbərinə qarşı cinayət işi başlanıb. II Qaregin baş nazirin daimi tənqidçilərindən biri idi: o, Paşinyanın istefasını tələb edir və onun hökumətini 2020-ci ildə Qarabağ müharibəsində məğlub olmaqda günahlandırırdı. Fevralın 14-də Katolikosa qarşı cinayət işi açılıb. Onun ölkədən çıxışına da qadağa qoyulub.
"Regionda sülhə töhfə verdiyinə görə siyasətçinin mükafatlandırılması öz-özlüyündə absurd qərardır. Lakin mükafatı verən tərəfin Ermənistanda müxalifət fəallarına qarşı bir sıra cinayət işləri, həbslər və məhkəmə proseslərindən başqa bir şey olmayan "demokratik nailiyyətlərinə" istinad etməsi ikiqat təəccüb doğurur", - məqalədə bildirilir.
Müəllif sonda yazır ki, Nikol Paşinyanın mükafatlandırılması sülh işinə verilən töhfənin qərəzsiz qiymətləndirilməsi kimi deyil, Avropa İttifaqına (Aİ) doğru geosiyasi dönüşü səbəbindən qitənin elitalarının Ermənistanın xeyrinə həyasız siyasi jesti kimi görünür.

Siyasi       Tarix: 25 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 siyaseti xeberler bugun son xeber 2026 sonxabar az