"Antimilli ünsürlərin hakimiyyəti dövründə xalqın gələcəyi ilə bağlı heç bir proqram yox idi

"44 günlük Vətən müharibəsi və bu savaşda qazandığımız şanlı qələbə bizi daha da böyütdü. Bu, bizim dünyada son zamanlar donmuş münaqişənin həll edən bir dövlət, xalq olaraq həm populyarlığımızı artırdı, həm inkişafımızı göstərdi və təbii ki, burada Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çox müdrik, düşünülmüş həm daxili, həm də daxili siyasət əsas fakt sayılmalıdır". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, biz artıq işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işləri görürük:
"O cümlədən, bizim azad olunmuş ərazilər içərisində ən səfalı, ən gözəl və strateji olaraq ən vacib rayonlardan biri də Laçın rayonudur. Cənab Prezident 2021-ci il sentyabrın 21-də Laçın şəhərində ölkəmizin bayrağını ucaltdı. Bu günlərdə də Laçınla bağlı çox vacib və önəmli fikirlər söylədi. Qeyd olunmalıdır ki, Laçın əvvəlki dövrdə - antimilli və sərişdəsiz, dağıdıcı ünsürlərin hakimiyyəti dövründə işğal olundu və işğal altında olan zaman hələ ən qaynar fazada Bakıda vəzifələrin bölüşdürülməsi uğrunda mübarizə gedirdi və ümumiyyətlə, xalqın, dövlətin gələcəyi ilə bağlı heç bir konsepsiya proqramının olmaması bizi çox böyük bəlalara düçar etdi". 
Vüqar İskəndərov deyib ki, Ümumilli Liderimizin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı, əsrin müqaviləsi imzalanmaqla və düzgün iqtisadi proqramla ölkəmizdə həm də iqtisadi irəliləyişlər baş tutdu:
"Ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yeni çağırışlara cavab verən, dayanıqlı daxili və xarici siyasətlə dünya çapında artıq tanınmış bir ölkəyə çevrilib. Biz hazırda öz gücümüzün, iqtisadi potensialımızın, insan resurslarımızın saysəində bu gün həmin bölgələrimizdə çox qlobal layihələr həyata keçiririk. Laçın da, bəlkə də tamamilə bərpadan və yenidən qurulandan sonra hətta bölgənin ən gözəl şəhərlərindən birində çevriləcək. Düşünürəm ki, artıq bununla bağlı konkret proqram var. Laçında hava limanının da inşa edilib istismara verilməsindən sonra onun hərtərəfli potensialı üzə çıxacaq. Laçın elə bir coğrafi ərazidə yerləşir ki, çox vacib strateji əhəmiyyət daşıyır və öz keçmiş şöhrətini yenidən özünə qaytararaq daha da yeni inkişaf mərhələsinə qədəm qoyacaq".
"Təbii ki, laçınlılar öz doğma rayonlarına, kəndlərinə qayıdaraq orada layiqli, firavan həyat sürəcəklər. Bunun üçün ölkə başçısının konkret proqramları mövcuddur və müvafiq dövlət qurumlar, özəl şirkətlər hər biri Laçın və digər işğaldan azad olunmuş şəhər və rayonlarda, kəndlərdə böyük bərpa və quruculuq işləri işə məşğuldurlar. Eyni zamanda digər dost dövlətlərin də şirkətləri burada çalışır. Hər biri bizim bölgələrimizi dünyanın ən müasir və  eyni zamanda klassik görkəmini saxlamaqla infrastrukturlar layihələri icra edir", - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 31 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri sonxəbərlər sosial yardim meherremlik 2026