Aprel zəfərinə "kor" baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklər

Aprel zəfərinə "kor" baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklərAprel zəfərinə "kor" baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklər
"Nə qələbə, bir-iki təpə alınıb da" - yəqin Aprel müharibəsində hərbi əməliyyatlar dayandırıldıqdan sonra çoxunuz bu ifadələri eşitmisiniz. Bu, sadə vətəndaşların, daha doğrusu ictimai quruluşda hadisələrə rəy vermək kimi bir status qazanmayan şəxslərin dilindən deyilsəydi, başa düşülərdi.
Məsələnin acınacaqlı tərəfi burasındadır ki, bəzi ekspertlərin dilindən də bu sözlər çıxırdı - ən azından müsahibələr zamanı belə fikirlər çox eşitmişəm. Haqq qazandırmırdım, nə o zaman, nə də indi.
Həmişə düşünmüşəm ki, bu, fikir azadlığından çox, diletant mahiyyətin ifadəsidir. Nəzərə almaq lazımdır ki, düşmənin müdafiə xətti – "Ohanyan xətti" yarılmışdı.
İşğalın da bir hüdudu və müddəti var, bu hüdudla barışmaq, ondan aşağı enmək dəfn olunmaqdır, orada işıq sönür.
Azərbaycan da işğal hüdudların miqyasının genişlənməsi riskinə qarşı əks-hücum əməliyyatları keçirərək düşməni geri oturtmuşdu, işığı sönməyə qoymamışdı. Aprel döyüşləri Azərbaycan cəmiyyətində süstləşən mövqeləri canlandırdı, zülmət dolu baxışlara işıq tutdu, vətənpərvərlik ruhunu coşdurdu.
Cəmiyyət artıq ordunun gücünün nəyə qadir olduğunu dərk etdi, ordumuza inam artdı, milli qürur alovlandı. Ermənistan isə özü barədə yaratdığı xəyali qəhrəman obrazları ilə vidalaşmaq məcburiyyətində qaldı.
Aprel qələbəsi o qədər də böyük olmasa da, psixoloji üstünlükləri ələ almaq baxımından olduqca böyük əhəmiyyətə malik idi. Yəni, bunu dərk etməmək üçün hansı beyin quruluşuna malik olmaq lazımdır?
Diplomatik üstünlüklər
Aprel müharibəsi beynəlxalq təşkilatların Qarabağla bağlı pas bağlamış mövqelərinin canlanması və buz bağlamış səylərinin əriməsi baxımından da önəmlidir.
Azərbaycanın hərb meydanındakı qələbəsi diplomatik təmaslar və siyasi danışıqlarda rəsmi Bakının əlini gücləndirir.
Hərbi və strateji üstünlüklər
"Əşşi nə qələbədir ki" tezisini tez-tez təkrarlayanlar ya ibtidai hərbi təsəvvürlərə malik deyillər, ya da ki qərəz onları boğur deyə belə fikirləri cəmiyyətə atırlar.
Bu əməliyyatda ordumuz qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqelərini məhv edir.  
Düşmən hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarılır, qoşunların genişmiqyaslı iştirakı olmadan 2000 hektardan çox ərazi işğaldan təmizlənir. Tərtərin Madagiz (indi Suqovuşan) kəndinə, Goranboyun Gülüstan qəsəbəsinə gedən yollar nəzarətə götürülür.
Aprel zəfərinə "kor" baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklərTalış, Lələtəpə kimi strateji yüksəkliklər işğaldan azad olunur.  Bəziləri isə bunun əhəmiyyətini anlamırlar və ya anlamaq kimi bir istəkləri yoxdur. Necə yəni? Hərbdə adi 50 metr yüksəkliyindəki təpədə mövqe tutmaq və müşahidə aparmaq baxımından böyük əhəmiyyətə malikdir. İndi necə olur ki, bu qədər nəticə, üstəgəl geniş ərazini müşahidə və atəş altında saxlayan, Horadiz və Cocuq Mərcanlı üçün təhlükə yaradan Lələtəpənin işğaldan azad edilməsi əhəmiyyət kəsb etmir? Eləcə də Talış yüksəkliyi.
Nəhayət, Aprel zəfəri böyük qələbəyə aparan şərəfli yolda cığırdır. Azərbaycanın Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) işğalda olan rayonları azad etməsi ilə Aprel müharibəsi arasında korrelyasiya əlaqələri var.
Şəhidlərimizin məzarı nurla dolsun. Bu Vətən onların qanı üzərində dayanır. Aprel döyüşləri də, İkinci Qarabağ müharibəsi də Vətənə tam sədaqətlə xidmət etməyin nümunəsidir.
Aqşin Kərimov

Siyasi       Tarix: 02 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun