AQC ilə ARPA əməkdaşlıq memorandumu imzalayacaq

AQC ilə ARPA əməkdaşlıq memorandumu imzalayacaqAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının(ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə hər iki peşə birliyinin fəaliyyəti, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıq memorandumu imzalamaq qərarına gəlib. Memorandumun hazırlanması üçün işçi qrup yaradılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycan Respublikası Auditorlar Palatası (ARAP) ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. ARPA ilə əməkdaşlıq memorandumu AQC-nin ölkənin maliyyə bazarı ilə əməkdaşlıq  istiqamətində növbəti addım olacaq.
AQC  Azərbaycanda fəaliyyət göstərən 58 qiymətləndirmə şirkətini özündə birləşdirir və 1998-ci ildən fəaliyyət göstərən ölkəmizin ilk assosiativ təşkilatlarından biridir. 20.05.2022-ci il tarixində növbəti hesabat-seçki yığıncağında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib, İdarə Heyəti və rəhbər strukturları formalaşıb. AQC Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində ölkəmizi təmsil edir, Azərbaycanda qiymətləndiricilərin birləşdiyi yeganə platformadır. AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyi təsis edilib və AQC sədri Vüqar Oruc sözügedən qurumun vitse-prezidentidir.
    ARPA ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə 19 mart 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir. 2014-cü ildən etibarən isə ARPA Dünya Bankının Azərbaycan Respublikası Maliyyə Nazirliyi  ilə birlikdə həyata keçirdiyi "Korporativ və Dövlət Sektorunda Hesabatlılıq (CAPSAP)" layihəsi çərçivəsində fəaliyyətini genişləndirərək mərkəzləşdirilmiş müstəqil peşəkar mühasib təşkilatı olaraq peşəkar mühasibləri öz ətrafında cəmləməyə başlamışdır. CAPSAP layihəsi əsasında ARPA-ya sertifikasiya orqanı olaraq Mühasiblərin Peşəkar Sertifikasiyasının (MPS) keçirilməsi hüququ verilmişdir. Mühasibat uçotu sahəsində uğurlu fəaliyyətin nəticəsi olaraq, ARPA Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il q-02 saylı qərarına əsasən, "Peşəkar mühasib təşkilatı" kimi akkreditasiyadan keçmişdir.

Sosial       Tarix: 07 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler cəbhədən son xəbər cəbhədən son xəbərlər 2026