AQC sədri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi

AQC sədri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdiAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
Möhtərəm cənab Prezident!
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektivi, ölkə qiymətləndiriciləri və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Suverenliyimizin bərpasından sonra ölkəmizin bütün ərazilərində ilk dəfə bu seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan qiymətləndiriciləri 7 fevral Prezident seçkilərində fəal iştirak edərək Zəfərə, ölkəmizin gələcəyinə, rifahına və tərəqqisinə səs veriblər. Sizin Müzəffər Ali Baş Komandan olaraq rəhbərliyiniz və rəşadətli Azərbaycan Ordusunun şücayəti nəticəsində 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı zamanı əldə edilən Şanlı Zəfər tarixi həsrətimizə son qoymaqla yanaşı, ölkəmizin regionun lider, dünyanın isə önəmli dövləti olaraq beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirib.
Ötən Prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı bəyan etdiniz ki, qarşıdakı dövrdə ölkəmizin həyatında mühüm dəyişikliklər baş verəcək. Sizin rəhbərliyiniz altında həyata keçirilən islahatların sayəsində  bütün hakimiyyət qolları yeniləndi, idarəetmə sistemində köklü islahatlar aparıldı və ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 44 günlük vətən müharibəsində əldə edilən tarixi qələbə və lokal antiterror əməliyyatı zamanı suverenliyimizin tam bərpası isə davamlı və sistemli nailiyyətlərimizin kuliminasiya nöqtəsi oldu. Bu məqamda onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının sonuncu qurultayı zamanı rəhbəri olduğum Milli Qurtuluş Partiyası kollektiv şəkildə hakim partiyaya qoşulmaq, sizin liderliyiniz altında fəaliyyətini davam etdirmək qərarını elan edib.
Çünki Siz təkcə dövlətimizin başçısı yox, həm də Milli Liderimizsiniz. Azərbaycan və Türkiyə, habelə türk dövlətləri arasında münasibətlərin tarixin ən yüksək səviyyəsinə yüksəlməsi və Sizin burada müstəsna xidmətləriniz bunun bariz nümunəsidir. Əminik ki, müdrik və uzaqgörən inkişaf strategiyanız son 20 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, işğal altında olan torpaqlarını azad edən ölkəmizin sosial-iqtisadi inkişafın bütün sahələrində gələcəkdə də böyük uğurlar qazanmasında mühüm rol oynayacaq.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında uğurla reallaşdırılan Azərbaycan iqtisadiyyatının durmadan inkişafı, ölkədə bir-birindən əzəmətli quruculuq planlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsi, sahibkarlığın tərəqqisi və iqtisadiyyatın diversifikasiyasının iqtisadi fəaliyyətdə şəffaflığın artırılmasını, kölgə iqtisadiyyatının azaldılmasını və korrupsiyaya qarşı mübarizənin təşkili amilinə xüsusi önəm verilir. Məmnunluq hissi ilə qeyd edirik ki, diqqət və qayğınız sayəsində sürətli və dayanıqlı iqtisadi inkişaf şəraitində ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorunda da tərəqqiyə nail olunub. Qiymətləndirmə xidmətinin əhatə dairəsi genişlənib, maliyyə sistemində şəffaflığın artırılmasında və bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında rolu əhəmiyyətli dərəcədə artıb.
Möhtərəm cənab Prezident!
Bir daha Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə rəhbərliyiniz altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə müvəfəqiyyətlər, yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.
Dərin hörmətlə: Vüqar Oruc, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri / azxeber.com

Sosial       Tarix: 09 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler xeber cəbhədən ən son xəbər cəbhədən son xəbərlər