AQC və ARAP arasında KOB-da Memorandum imzalandı

AQC və ARAP arasında KOB-da Memorandum imzalandıAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlıq Memorandumu imzalanıb.
AQC-dən azxeber.com-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İcra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, ikitərəfli əməkdaşlıq memorandumunda kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Memorandumda qarşılıqlı əməkdaşlığa dair bir çox müddəalar, birgə təlimlərin və tədbirlərin təşkili, təcrübə və fəaliyyət mübadiləsi, kadr hazırlığı və digər xüsuslar yer alıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sahələri təmsil edirlər. Hikmət Məmmədov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini vurğulayıb. AQC və ARPA arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidentinin səlahiyyətlərini icra edən, qurumun vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan maliyyəçilər və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının zəruri olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi rolu var. Buna görə Agentliyin sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Oruc Əməkdaşlıq Memorandumunda qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını söyləyib. "2023-cü il avqust ayının 31-də KOBİA-nın İctimai Şurasının təşəbbüsü ilə "Auditor və qiymətləndirmə fəaliyyəti" mövzusunda keçirilən ictimai dinləmədən sonra oxşar istiqamətlər üzrə fəaliyyət göstərən təsisatların kordinasiyalı fəaliyyəti müzakirələri aktuallıq qazandı. AQC-nin Auditorlar Palatası ilə imzaladığı əməkdaşlıq müqaviləsindən sonra ARPA ilə də oxşar məzmunlu müqavilənin imzalanması, birgə fəaliyyət modelinin qurulması, faydalı və qarşılıqlı əlaqələrin yüksəldilməsi labüd idi" – deyə, Vüqar Oruc bildirib.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova KOBİA-nın rəhbərliyinə verdiklərə dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. Onun sözlərinə görə,  rəhbəri olduğu qurumla Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA-nın dəstəyini qeyd edən G.Şahbazova AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını deyib. Müqavilənin mahiyyətindən bəhs edən Günay Şahbazova rəhbəri olduğu assosiasiyanın risklərin idarə edilməsi, mühasibat, maliyyə və sığorta kimi çoxvektorlu sahələrdə fəaliyyət göstərdiyini və qiymətləndiricilərlə əməkdaşlığın artırılmasının zəruri olduğunu bəyan edib.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu AQC və ARPA sədrləri Vüqar Oruc və Günay Şahbazova imzalayıblar.

Sosial       Tarix: 21 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az azerbaycan son xeber bugun enson xeberler cəbhədən son məlumatlar