AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdə

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, eləcə də beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dövlət başçısının çıxışında beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının, qəbul edilən qərarların icrasının təmin edilməsinin və müharibələrin qarşısının alınması üçün təsirli mexanizmlərin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın beynəlxalq platformada bu məsələləri gündəmə gətirməsi həm regionda baş verən hadisələrin, həm də beynəlxalq təşkilatların münaqişələrə münasibətdə mövqeyinin yenidən nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.
Xüsusilə, Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu məsələlərə hüquqi qiymət verilməsi və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasına təminat yaradılması məsələsi aktuallığını qoruyur. BMT başda olmaqla beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyətinin səmərəliliyi, mövcud mexanizmlərin yeni müharibələrin qarşısını almaq üçün nə dərəcədə işlək olması da müzakirə predmetinə çevrilir.
Prezident İlham Əliyevin AQEM-dəki çıxışı beynəlxalq ictimaiyyətin Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyətinə və beynəlxalq təşkilatların qərarlarının icrasına münasibətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, dövlət başçısının çıxışı təəssüf ki, acı həqiqətlərin bir daha səsləndirilməsi idi.
AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdəOnun sözlərinə görə, bu məsələlərin yenidən xatırladılması Azərbaycanın 28 üzv dövlətin təmsil olunduğu beynəlxalq təşkilata ev sahibliyi etməsi və sədrliyi dövründə xüsusi əhəmiyyət daşıyır.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə bu fikirləri səsləndirməsi həm Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin törətdiyi cinayətlərin beynəlxalq medianın diqqətinə çatdırılması, həm də BMT başda olmaqla beynəlxalq təşkilatların fəaliyyətindəki səmərəsizliyin vurğulanması baxımından mühüm idi.
T.Əliyevin fikrincə, dövlət başçısı çıxışında BMT-nin münaqişələrin həlli ilə bağlı işlək mexanizmlərinin olmamasını yeni müharibələrin yaranmasının əsas səbəblərindən biri kimi göstərib.
Politoloq vurğulayıb ki, Azərbaycanın qarşıdakı iki il ərzində AQEM-ə sədrliyi dövründə münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi məsələsi diqqət mərkəzində olacaq:
"Azərbaycan qarşıdakı iki ildə AQEM-ə sədrliyi dövründə yeni dünya düzəninin həssas mərhələsində münaqişələrin və real müharibələrin qarşısını almaq üçün BMT başda olmaqla beynəlxalq təşkilatların həlli mexanizmlərinin yaradılması istiqamətində daha fəal iş aparacaq".
Politoloq əlavə edib ki, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq ictimaiyyətin diqqətini həm Ermənistanın keçmiş və indiki rəhbərliyinin törətdiyi cinayətlərə, həm də beynəlxalq təşkilatların mövcud münaqişələrin həllində işlək mexanizmlərinin olmamasına yönəldib.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak

Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Səfə

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"

Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib. apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanı

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə səfirliyin "X"

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. xəbər verir ki, o bu barədə "X" sosial media hesabınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər valyuta mezennesi banklar xeber xeberler bu qun