Azərbaycan ATƏT-ə sədrlik edə bilər' - Ceyhun Bayramov

Azərbaycan ATƏT-ə sədrlik edə bilər' - Ceyhun Bayramov"Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklif irəli sürülüb. Təşkilat daxilində növbəti illər üçün sədr ölkələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir".
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ATƏT-in hazırkı sədrinin fəaliyyəti dekabrın 21-də başa çatır. Bir ildən artıqdır ki, növbəti sədrin hansı ölkə olacağı ilə bağlı müxtəlif təkliflər müzakirə edilir. Lakin təşkilat üzvlərinin hamısı tərəfindən konsensusla qəbul edilə biləcək ortaq namizəd müəyyənləşməyib.
C.Bayramov qeyd edib ki, Azərbaycan indiyədək konsensus əsasında irəli sürüləcək istənilən namizədi dəstəkləməyə hazır olub və bu istiqamətdə xüsusi fəallıq göstərməyib.
Onun sözlərinə görə, dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının toplantısı yaxınlaşdıqca müzakirələr intensivləşib və alternativ təkliflər irəli sürülüb. Həmin təkliflər sırasında Azərbaycanın namizədliyinin də irəli sürülməsi məsələsi gündəmə gətirilib.
Nazir vurğulayıb ki, son müzakirələrdə konsensus əldə edilməsini asanlaşdırmaq məqsədilə 2027, 2028 və 2029-cu illər üçün sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi yanaşması da irəli sürülüb.
C.Bayramov bildirib ki, Azərbaycan təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırdır. İlkin paket təklifində Azərbaycanın da adı yer alıb, daha sonra isə digər təkliflər, o cümlədən Ermənistanın da həmin paketə daxil edilməsi məsələsi gündəmə gəlib.
Nazir qeyd edib ki, uzun müddət münaqişə vəziyyətində olmuş Azərbaycan və Ermənistanın eyni paketdə yer alması ATƏT məkanında baş verən müsbət dəyişikliklərin göstəricisi kimi qiymətləndirilə bilər.
Aynur Babazadə

Siyasi       Tarix: 27 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. müraciətin mətnini təqdim edir:. Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi"

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. KONKRET.azxəbər verir ki, bu barədə İlham Əliyevin X hesabında paylaşım edilib. "Mən sizin Tramp Beynəlxal

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən "Yol xəritəsi" imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqli

Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb

Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon təşkil edib. İki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. xəbər verir ki, b

ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?

ABŞ-ın elan etmədiyi bir müharibənin idarəetmə mexanizmləri üzə çıxır. Üstəlik, bu dəfə söhbət hansısa anonim mənbənin yaydığı məlumatlardan deyil, Amerika hökumətinin rəsmi şəkildə ictimaiyyətə təqdim etdiyi sənədlərdə

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Başsağlığıda deyilir: "Eskişehi

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək. -un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, həmin şahidlər Ramiz Mehdiye

Avropa ordusu: 27 baş komandan, 27 milli maraq və nədənsə hamını gözləməli olan bir Putin

Mark Ryuttenin paralel Avropa ordusunun yaradılmasının mümkünsüzlüyü barədə bəyanatında çox maraqlı bir cəhət var. NATO Baş katibi faktiki olaraq Avropa siyasətçilərinin yalnız kuluarlarda danışmağa üstünlük verdiyi şey

İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızı


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com enson xeberler cəbhədən görüntülər sonxəbər