Aqrar sektorun subsidiya oyunu - ŞƏRH
Ölkənin kənd təsərrüfatı sektorunda çatışmazlıqların olması barədə çox deyilib, çox danışılıb. Bu sahədəki problemlər hər dəfə açıqlananda ümidini torpağa bağlayan sadə insanlar yada düşür. Min bir əzab-əziyyətlə əkib becərdiklərinin bəhrəsini görə bilməyən torpağa bağlı adamlarının sonda ümid yeri isə dövlət orqanları olur. Dövlətin ayırdığı subsidiyalar kənd təsərrüfatının inkişafına hesablansa da, bəzən həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi müəyyən edilir.
Deməli, subsidiya sistemi düzgün qurulmayıb və dövlət vəsaiti ciddi şəkildə israf olunur. Elə Hesablama Palatasının yayımladığı bir məlumat da, bununla bağlı idi və ciddi nahatlıq yaradır.
Palata bu ilin fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalardan sonra bir sıra qanunsuzluqlar müəyyən edib. Muxtar Respublikanın kənd təsərrüfatı sahəsinin maliyyələşməsi 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri üçün nəzərdə tutulub. Aparılan yoxlamalardan sonra müəyyən edilib ki, subsidya üçün ayrılmış vəsaitin 57,2 % əsassız yerlərə xərclənib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Naxçıvanda aşkarlanan faktlar göstərir ki, subsidiya məsələsi ölkədə çox ciddi problemdir və fermerlər bu sahədən narazı qalmaqda haqlıdırlar. Hər il subsidiyaların həcmi artsa da, əldə olunan məhsulun həcmi ayrılmış vəsaitlərlərə uyğun gəlmir. Təkcə bu il ölkədə əkin sahələri 20% azalıb. Deməli kənd təsərrüfatında geriləmə var və subsidiyaların ayrılmasına yenidən baxılmalıdır. Amma aydın olan odur ki, subsidiyaların həcminin artması ölkədə məhsul bolluğuna yox, bəzi məmurların həyat şəraitinin daha da yüksəlməsinə şərait yaradacaq.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır