AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb

AQTA 113 aptekdə nöqsanlar aşkarlayıbAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirib.
Bu barədə azxeber.com-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:
- 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;
- 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;
- 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;
- 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;
- 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;
- 7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;
- 4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;
- 1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırmasında göstərilən yararlılıq müddətinin uyğun göstərilməməsi;
- 2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;
- 4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan "Nəzarət markası" ilə markalanması və digər nöqsanlar.
Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.
Həmçinin, cari dövr ərzində apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində "Bioloji aktiv qida məhsulları" sözləri, onun alt hissəsində isə "Dərman vasitəsi deyildir" sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.
Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.
Qeyd edək ki, Agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.

Sosial       Tarix: 23 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun