AQTA 186 obyektin fəaliyyətində nöqsan aşkar edib
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 97 ictimai iaşə obyekti, 221 ərzaq satışı mağazası olmaqla ümumilikdə 318 müəssisədə reyd keçirib.
AQTA-dan Open.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 186-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə
Xətai rayonunda "Ailəvi" market
Yasamal rayonunda "Grandmart" market
Səbail rayonunda "Spar" market
Qaradağ rayonunda "Cənub" market
Abşeron rayonu, Masazır qəsəbəsində "Şərq" market
Bərdə rayonunda "Təbriz" market ,"Veysəloğlu" market, Əzizov Ceyhun İsmayıl oğlu və Məmmədyarov Tofiq İsfəndiyar oğluna məxsus kafelər
Gəncə şəhərində "İlkin" market, "Qold" market, "Al market", "Şan" market, "Uğur" market, "Əminə" market, "D.A.A.F" market və Abdullayev Pərviz Təvəkkül oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Xəlilov Namiq Gülağa oğluna məxsus kafe, Aslanov Etibar Həsənağa oğlu, Qurbanov Tarıverdi Ağacan oğlu, Ələsgərov Nurlan Sahib oğluna məxsus ərzaq mağazaları
Qəbələ rayonunda "Yeni Həyat" market, Mikayılov Adil Nadir oğluna və Həmidov Tacəddin Siracəddin oğluna məxsus ərzaq mağazaları
Şəki şəhərində Hüseynov Habil Hüseyn oğluna və Musayev Sərdar Vəliyəddin oğluna məxsus kafelər
Qax rayonunda Hacıyev Vüqar Fəxrəddin oğluna məxsus kafe
Balakən rayonunda Nurəddinov Abduzahir Nurullah oğluna məxsus ət satışı mağazası
Tovuz rayonunda "Qafqaz" restoranı
Lənkəran rayonu, Vilvan kəndində "Şənay" market, "Limon" kafe, Girdəni kəndində "Dəmirağac" market
Kürdəmir rayonunda Quliyev Cəbrayıl Natiq oğluna, Bayramov Elnur Əziz oğluna məxsus yeməkxanalar
Göyçay rayonunda Şirinli Əli Şahin oğlu, Səmədov İlham Möhlət oğlu, Hacıməmmədov Eldəniz Səmid oğlu, Süleymanov Elşən Paşa oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda Abdullayev Rəşad Nəriman oğlu, Comərdov Həbib Mansur oğlu, Cəfərli Nazim Süphan oğluna məxsus ət satışı mağazaları və Əsədov Fərid Azad oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib