AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib.
Qurumdan verilən məlumata görə, Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Belə ki, yalnız 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.
Cari ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan 4-ündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-ində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-sında məhsul satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, birində isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. Eyni zamanda 17 sahibkarlıq subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda utilizasiya sobası təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.
Agentlik bildirib ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi