AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA

AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMAAzərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir. Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir.
KONKRET.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi" layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.
Qeyd edək ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur.
Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə  Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir. Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.

Sağlamlıq       Tarix: 03 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən xəbərlər metbuat azerbaycanda son xeberler