Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMAQripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi, virusla mübarizəyə kömək etdiyi və sağalma prosesini sürətləndirdiyi düşünülür.
Bəs bu çayların qrip zamanı həqiqətən müalicəvi təsiri varmı, yoxsa onların istifadəsi sadəcə köməkçi vasitə hesab olunmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, bitki çaylarının qripin müalicəsində ciddi və birbaşa təsiri yoxdur.
Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA"Bu vasitələr əsasən köməkçi rol oynayır və xəstəliyin aradan qaldırılmasında həlledici əhəmiyyət daşımır.
Bitki dəmləmələri müəyyən qədər qan dövranına və orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərə bilər. Lakin onların virusu məhv etdiyini və ya qripin sağalmasını əhəmiyyətli dərəcədə sürətləndirdiyini söyləmək düzgün deyil.
Qrip zamanı əsas diqqət orqanizmin kifayət qədər maye qəbul etməsinə yönəldilməlidir. Xəstəlik dövründə su içmək, xüsusilə də qızdırma və tərləmə nəticəsində itirilən mayenin bərpası baxımından vacibdir.
"bəzi bitki çayları sidikqovucu təsir göstərə bilər. Belə hallarda, xüsusilə kifayət qədər maye qəbul edilmədikdə, orqanizmin susuzlaşması riski artır və bu da xəstənin vəziyyətini ağırlaşdıra bilər".
Həkim vurğulayıb ki, qripdən sonra bəzən müxtəlif fəsadlar da meydana çıxır. Onun fikrincə, xəstəliyin gedişatına diqqət yetirmək, vəziyyət ağırlaşdıqda vaxtında tibbi yardıma müraciət etmək vacibdir.
Beləliklə, bitki çayları qrip zamanı maye qəbulunu təmin edən və bəzi simptomları yüngülləşdirən köməkçi vasitə ola bilər. Ancaq onları virusəleyhinə müalicə kimi qəbul etmək olmaz. Qrip zamanı əsas məsələ kifayət qədər maye qəbul etmək, istirahət etmək və zərurət yarandıqda həkim məsləhəti ilə müalicə aparmaqdır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 13 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər cəbhədən son xəbərlər 2026 dunyada son xeberler xəbər