AQTA Qusardakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı
Qusar rayonunda, istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə azxeber.com-un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]