Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində qeydə alınan yağıntılı hava şəraiti nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 30-120, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 60-150 faizini təşkil edir.
Openşaz-ın məlumatına görə, departamentdən bildiriblər ki, Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 56 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 41 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 51 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla onun 110 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 153 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artaraq 113 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artaraq 161 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 santimetr azalaraq 34 santimetrə bərabər olub. /open.az

Hadisə       Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. -ın məlumatına görə, Avropada yaşayan həmyerlimizin "Facebook"da paylaşdığı təsvirlərdə Azərbayca

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

Nofəl İbrahimov vəfat etdi

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. unikalaz-a istinadən xəbər verir ki, mərhum Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışıb. N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib. Masallı rayon sakini

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, həmi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü - ölənlər və yaralananlar var 

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər. Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbər


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi