Araz Musayevin xəstəxanadan GÖRÜNTÜSÜ YAYILDI - FOTO
Antalyada bıçaqlanan Araz Musayevin xəstəxanadan son görüntüsü yayılıb. KONKRET.az Ajans.az-a istinadla xəbər verir ki, ilk günlər ağır vəziyyətdə olan Araz Musayev artıq palataya köçürülüb.
Onu ziyarətə gələnlər sosial şəbəkələrdə Araz Musayevin son vəziyyətini əks etdirən foto paylaşıblar. Fotodan göründüyü kimi, Araz Musayevin vəziyyəti artıq stabildir.
Xatırladaq ki, mayın 28-də Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Antalyada bıçaqlanmışdı. Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda Araz Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Araz Musayevi bıçaqlayan və əlbir olan şəxslərin həbs olunduğu barədə də məlumat vermişdik.
Araz Musayev bıçaqlanmazdan əvvəl paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını kəsməyə çalışır. Hətta Araz Musayev qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs göndərib.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?