"ARB 24"ün keçmiş rəhbərinin oğlu AzTV-nin əməkdaşını şantaj edib
Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etməkdə şübhəli bilinən şəxs "ARB 24" telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri "aztvxana" adı ilə açdığı instagram səhifəsində paylaşıb.
1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib