Arda Gülərin "Qalatasaray"a cavabı gündəm oldu
Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirərkən Arda Gülərlə bağlı diqqətçəkən bir iddia irəli sürülüb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda "Real Madrid"in formasını geyinən milli futbolçu Arda Gülər üçün "Qalatasaray"ın etdiyi transfer cəhdi ortaya çıxıb.
Tanınmış jurnalist Ali Naci Küçük "Futbol Arena" yutub kanalında bu barədə maraqlı açıqlamalar verib.
Jurnalistin sözlərinə görə, "Qalatasaray" Arda Güləri transfer etməyi planlaşdırıb. Klub Ardanın futbol həyatında böyük təsiri olan və onun çox dəyər verdiyi bir şəxslə əlaqə saxlayaraq bu məsələdə vasitəçilik edib. Görüş zamanı "Arda Gülər gələrmi? Çempionlar Liqasında oynamaq imkanı, "Qalatasaray"da daim əsas heyətdə yer alma zəmanəti" kimi şərtlər irəli sürülüb.
Lakin Arda Gülər bu təklifə "Mən Türkiyəyə qayıtmağı düşünmürəm" cavabını verib. (Musavat.com)

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi