ARDNF-in builki büdcəsi dəyişdi
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.
KONKRET.azxəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud 9,3% azaldılaraq 12 789,7 milyon manatdan 11 597,1 milyon manata endirilib.
Son nəticədə ARDNF-in büdcəsinin qalığı 4 192 milyon manat təşkil edəcək ki, bu da onun aktivlərinin təxminən 2,5 milyard ABŞ dolları artmasına şərait yaradacaq (qüvvədə olan proqnoz 2,2 milyard manat kəsir olub).
Bundan başqa, ARDNF-dən büdcəyə builki transfertlər 1 192,5 milyon manat və yaxud 9,4% azaldılaraq 12 710 milyon manatdan 11 517,5 milyon manata endirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var