Argentina müxalifəti Maduronun Buenos-Ayresə səfəri zamanı həbsini PLANLAŞDIRIR
"Respublikaçı Təklif" müxalifət partiyasının sədri, Argentinanın keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç Buenos-Ayresə səfəri zamanı Venesuela Prezidenti Nikolas Maduronun həbsi üçün ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, o, bu barədə "Rivadavia" radiostansiyasına müsahibəsində deyib.
"Sabah ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə şikayət edəcəyəm, çünki Maduronun həbsi üçün order var", – o bildirib.
Onun sözlərinə görə, Argentina və ABŞ arasındakı razılaşmalara əsasən, Amerika administrasiyasının ölkədəki nümayəndəliyinin əməkdaşları Maduronu həbs edə bilər.
Daha əvvəl "Clarin" qəzeti mənbələrə istinadən yazıb ki, Venesuela prezidentinin administrasiyası Argentina hökumətini Maduronun yanvarın 24-də Buenos-Ayresdə keçiriləcək Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) sammitində iştirak etmək planları barədə məlumatlandırıb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür