Argentina polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
Argentina Konqresinin binası qarşısında hökumət əleyhinə etiraz aksiyası keçirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşları iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Aksiya dünən, martın 1-i axşam saatlarında baş verib. Argentina prezidenti Xavyer Miley parlamentdə çıxış edərkən binanın qarşısına bir neçə yüz adam toplaşıb.
Onun tərəfdarları ilə etirazçılar arasında dava düşüb. "Həqiqət Komissiyası" ictimai təşkilatının məlumatına görə, azı 22 nəfər gözyaşardıcı qazdan yanıb. Hüquq müdafiəçiləri polisin hərəkətlərini həddindən artıq kobud rəftar və məntiqsiz adlandırıblar.
Cənab Miley 2023-cü il dekabrın 10-da vəzifəsinin icrasına başlayıb. Onun rəhbərliyi altında etirazçılar tərəfindən küçələrin bağlanmasına qarşı mübarizə üçün yeni qaydalar tətbiq edilib: polisə sərbəst hərəkəti təmin etmək üçün xüsusi avadanlıq və güc tətbiq etməyə icazə verilib. Yeni prezident məcburi praymerizlərin ləğvi, dövlət şirkətlərinin özəlləşdirilməsi və ixrac rüsumlarının artırılması daxil olmaqla islahatlar paketini təqdim edib. Kütləvi ictimai etirazlara baxmayaraq, Argentina parlamenti fevral ayında bu islahatları dəstəkləyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"