Armen Badalyan: "ABŞ üçün Qarabağ məsələsi bağlanmayıb"
"Ukraynadan sonra Cənubi Qafqaz Qərblə Rusiya, İran və Çin qarşısında Şərq Bloku arasında qarşıdurma meydanına çevrilir".
KONKRET.az xəbər verir ki bunu erməni politoloq Armen Badalyan deyib:
"Yeganə fərq ondan ibarətdir ki, Ukraynada qarşıdurma hərbi münaqişə mərhələsinə keçib, burada isə soyuq müharibə səviyyəsindədir".
Məsələn, Qərb öz məğlubiyyətini qəbul edib Cənubi Qafqazı Rusiyanın təsir zonası elan edə bilər: "Hazırda bütün Cənubi Qafqaz Mərkəzi Asiyanı Qərblə birləşdirən Orta Dəhlizin bir hissəsi hesab olunur. Mərkəzi Asiyada, xüsusən də Qazaxıstan iqtisadiyyatına – qaza, neftə, qiymətli metallara Qərb 175 milyard dollar sərmayə qoyub. Bu, yalnız Qazaxıstandadır, mən Mərkəzi Asiyanın digər ölkələrini demirəm. Bütün bunları oradan çıxarmaq üçün Cənubi Qafqaz lazımdır. Müvafiq olaraq, Qərbin maraqları daha çox Cənubi Qafqazda cəmləşib".
Qarabağı qaytaracaqlarına ümid edən erməni politoloq bildirib ki, Trampın komandası ABŞ-da hakimiyyətə gələrsə, Mərkəzi Asiya Çinə təsir bölgəsi kimi daha da böyük əhəmiyyət qazanacaq: "Öz növbəsində Mərkəzi Asiyanın artan rolu Qərbin Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyinin artmasına gətirib çıxaracaq və bunun üçün bütün rıçaqlardan istifadə olunacaq, onlardan biri də Qarabağ məsələsidir. ABŞ üçün Qarabağ məsələsi aktualdır və bağlanmayıb".
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda