Arşakyan: "Siz demək istəyirsiniz ki, Şuşa Ermənistan ərazisidir?"
"Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan mayın 24-də jurnalistlərlə söhbətində deyib.
"Sülh müqaviləsi iki məsələni həll etməlidir – Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, bir-birinə qarşı ərazi iddialarının olmaması və Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları.
Ermənistan belə bir mövqedədir ki, bizim Azərbaycana heç bir ərazi tələbimiz yoxdur.
Siz jurnalistlərin Azərbaycana qarşı ərazi iddiaları var? Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?
Dövlət sərhədlərini və dövlətlərimizə məxsus əraziləri dəqiqləşdirmək lazımdır", – deyə Arşakyan bildirib.
Parlamentin vitse-spikeri regionda yeni müharibənin mümkün olub-olmaması ilə bağlı suala cavab verib.
"Müharibə mümkündür və sülh müqaviləsi imzalanmaya bilər, çünki bizim regionda bu sahədə bütün xətlər çox incədir", – o deyib.
Arşakyanın fikrincə, hakimiyyətin mövqeyi (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı) cəmiyyət tərəfindən qəbul edilir.
"Ermənistanda bu məsələyə soyuq başla, emosiyalar olmadan baxmaq lazımdır. Biz təhlükəsizlik sistemindən danışanda ərazi bütövlüyünün nə olduğunu aydınlaşdırmalıyıq. Yoxsa bu, sadəcə olaraq mümkün deyil", – Arşakyan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi