"Artıq qərar verilib" – 25 illik stajı olmayanlar da pensiyaya çıxa biləcək? 

Təqaüdçülərin hər yeni ildən xüsusi gözləntiləri olur. Belə ki, onlar əmək pensiyalarının və ya yaşa görə sosial müavinətlərinin artırılmasının həyəcanını yaşayırlar.  
Bu il əmək pensiyaları 11,2 faiz indeksləşdirilməklə 1 yanvar tarixindən artırılıb. Amma yaşa görə müavinətlərin artırılmasını gözləyən ahıllarımız, nədənsə, bu xoş münasibətə layiq görülməyiblər. Müavinətləri 220 manat həcmində saxlanılmış ahıllarımız "bu il nəyə görə yaşa görə müvinətlər artırılmayıb?" sualı ilə redaksiyamıza müraciət ediblər.
Bundan başqa, məlum olub ki, keçmiş nazir Səlim Müslümovun pensiya "islahatları" nəticəsində müavinətə məhkum edilmiş təqaud yaşlı azərbaycanlılarla bağlı bir sıra məqamlar nəzərə alınmayıb. Deməli, ali təhsilli, hətta nə vaxtsa vəzifədə olmuş, amma iş stajı 25 ilə çatmayan şəxs də, heç bir təhsili olmayan, ömrü boyu işləməyən yaşıdı da 220 manat məbləğində müavinət alır.
"Bu, nə qədər ədalətli yanaşmadır?", – deyə müavinətçilər sual edirlər. 
Maraqlıdır, 25 il iş stajı, ali təhsili olmayan, hətta 10 il iş stajı olan, amma 2018-ci ilin 1 iyuluna qədər fərdi hesabının sosial sığorta hissəsində cüzi vəsait olan şəxsə isə pensiya təyin edilir. Bu, dövlətin onlara 25 illik iş stajını hədiyyə etməsi ilə izah edilir.
Bu yerdə məntiqi sual yaranır: bəs ali təhsilli, 20 ilə yaxın iş stajı olan insanların vaxtilə pensiya fonduna ödədikləri vergilər niyə unudulur? Yəni bu şəxslərin 20 il ərzində ödədikləri vergilər, sosial sığortalarda toplanmış cüzi vəsait, tutaq ki, 100 manat qədər də deyil?! Axı 2017–2020-ci illərdə pensiyaya çıxmalı olan şəxslərin iş stajlarını artırması heç cür mümkün deyildi. Elə olmaz ki, ali təhsili olan, heç olmasa 20 ilə yaxın iş stajı olanlara da minimüm təqaüd təyin ediləydi?!
KONKRET.az-ın mövzu ilə bağlı sorğusuna verilən şablon cavabda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, pensiyaların məbləği hər ilin əvvəlində orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə artırılır:
"Sosial müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir. Təkcə son beş ildə yaşa görə müavinətin məbləği 3 dəfədən çox artırılaraq 220 manata çatdırılıb. Pensiya yaşına çatan şəxsin fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı minimum aylıq pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə onun sığorta stajından asılı olmayaraq pensiya hüququ yaranır. İmkan vermədikdə isə şəxsin pensiya hüququna malik olması üçün azı 25 il sığorta stajı tələb olunur".
Nazirlik nəzərə çatdırıb ki, bunlar olmadıqda da humanist yanaşma tətbiq olunur, belə ki, onun 2006-cı ildən  2018-ci ilin iyul ayınadək fərdi hesabının sığorta hissəsində ən kiçik məbləğdə pensiya kapitalı olarsa belə, pensiya hüququ yaranır:
"Şəxs pensiya yaşına çatdıqda, pensiya hüququ yaranmadıqda belə, ona yaşa görə pensiya deyil, yaşa görə sosial müavinət təyin olunur. Son illər yaşa görə əmək pensiyası və yaşa görə müavinət üzrə yaş hədləri eyniləşdirilib. Yəni, şəxs pensiya hüququ yaranmadıqda belə, sosial təminat sistemindən kənarda qalmır və sosial müavinətlə təmin edilir".
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, təqaüd məsələsində yeniliklərə ehtiyac var:
"Zaman-zaman hətta rəsmi şəxslər, bəzi deputatlar pensiya sisteminin mükəmməl olmadığı, bu sahədə bəlli problemlərin mövcudluğu ilə bağlı rəsmi açıqlamalar verirlər".
Ekspertin fikrincə, pensiya və müavinətlərlə bağlı məsələdə ədalətsiz yanaşma mövcuddur. "Düşünürəm ki, pensiya probleminin həlli ilə bağlı yeni konsepsiya hazırlanır. Çünki özəl təqaüd fondlarının da yaranması həmin konsepsiyanın tərkib hissəsidir. Bununla bağlı artıq strateji qərar verilib. Sadəcə, məsələnin detalları hələ açıqlanmır. Yeni təqaüd sistemi və özəl təqaüd fondları ilə bağlı əsasnamələr qəbul edildikdən və təsdiqləndikdən sonra, mənə elə gəlir ki, problemləri həll etmək mümkün olacaq".
Onun sözlərinə görə, təqaüd yaşlı vətəndaşlarla fərdi müqavilələrin bağlanması zəruridir.
"Hamımız Dövlət Sosial Müdafiə Fondunun müştərisiyik. Amma bizimlə müştəri kimi davranmırlar. Özəl müqavilələr bağlamırlar, hansısa problem yarananda, biz günahkar oluruq. Fərdi müqaviə sisteminə keçidlə bağlı qərar olarsa, ali təhsil, iş stajı, işsizlər və müavinətlərlə bağlı müddəalar ayrı-ayrılıqda qanunda yer alacaq".
Necə deyərlər, yaşayıb görərik.
Xatirə SADİQ,
KONKRET.az

Sosial       Tarix: 16 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler azerbaycan xeberleri yeni xeberler iqtisadiyyat xeberleri bugun son xəbər cəbhədən canlı qurban bayrami 2026