Arvadına görə Berdiməhəmmədovun qəzəbinə TUŞ GƏLDİ

Arvadına görə Berdiməhəmmədovun qəzəbinə TUŞ GƏLDİTürkmənistanın müftisi Yalkap Xocaquliyev eks-prezident Qurbanqulu Berdiməhəmmədovun qəzəbinə tuş gəlib.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd olunub ki, hadisə Berdiməhəmmədovun doğum günündə, iyunun 29-da Həcc ziyarəti zamanı baş verib.
Mənbənin sözlərinə görə, Xocaquliyev həyat yoldaşını özü ilə Məkkəyə aparmaq qərarına gəlib. O, ziyarət üçün sənədləri təqdim edib, lakin bu qərarı eks-prezidentlə razılaşdırmayıb. Berdiməhəmmədov müftinin "ailə səfəri" planlarından xəbər tutub. Nəticədə müftinin xanımı Məkkəyə uçmasa da, bu, dini liderə kömək etməyib. İndi gözlənildiyi kimi ölkədə müfti dəyişdiriləcək.
Bildirilir ki, sabiq prezident hər şeyi özü idarə etməyə çalışır, ən xırda məsələlərə belə müdaxilə edir. 
Uçuş zamanı və Məkkədə müftiyə Arkadağın gözünə görünməmək əmri verilib. Ona otel otağında qalmaq və Berdiməhəmmədov gedənə qədər çıxmamaq tapşırılıb. Həcc zamanı isə duaları ayələri yaxşı bilməyən ağsaqqallardan biri oxuyub.
Məlumata görə, əvvələr ərəb ölkələrinə səfərlərində Xocaquliyev daim Berdiməhəmmədovu müşayiət edib.
Həmçinin bildirilib ki, Arkadağ ölkəyə qayıtsa da, amma müfti hələ də xarici ölkədədir. Onun gəlişi yaxın bir neçə günə planlaşdırılıb.
Arvadına görə Berdiməhəmmədovun qəzəbinə TUŞ GƏLDİQeyd edək ki, Y. Xocaquliyev 2019-cu ilin avqustunda Türkmənistanın müftisi seçilib. Bundan əvvəl o, Lebap vilayətinin imamı vəzifəsində çalışıb. Məlumata görə, müftinin atası Saparmurad Niyazovun dövründə Axal vilayətində qazi olub, sonra hüquqşünas işləyib. Xüsusilə, o, 2002-ci ildə dövlət çevrilişi ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərdən biri Əhməd Gödəkovu müdafiə edib. Gödəkov Daxili İşlər Nazirliyinin əməkdaşı olub və bir sıra əcnəbi muzdlulara viza verilməsinə köməklik edib.
Xocaquliyevin qardaşı Sərdar MTN-in Türkmənabaddakı şöbəsində işləyir. Belə bir ailədən olan bir insanın niyə dini qəbul etdiyi məlum deyil. Dini mühitdə o, "həlledici" fiqurdur. Belə ki, müfti ölkədə Həcc ziyarətinə getmək üçün sistemli şəkildə rüşvət alır, dini mərasimlərin keçirilməsi üçün vətəndaşlardan külli miqdarda ianə tələb edir. Buna etiraz edən layiqli din xadimləri isə sıxışdırılır.
Eyni zamanda, Türkmənistanda dini sahə dövlətin ciddi nəzarətindədir. Müfti formal olaraq din xadimləri məclisi tərəfindən seçilir, amma praktikada onu prezident təyin edir.
Türkmənistanda həddindən artıq dindarlıq təbliğ edilmir. Gənc kişilərə saqqal uzatmaq  qadağan edilib. Quranın oxunması və müzakirəsi cinayət işinin başlanmasına və azadlıqdan məhrum edilməyə səbəb ola bilər.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 20 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun cəbhədən xəbər cəbhədən ən son xəbərlər apa.az xeberler