Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına 'Bank Respublika' ilə qayıtdı - FOTOLAR

Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına 'Bank Respublika' ilə qayıtdı - FOTOLARUzun fasilədənsonra daha bir nüfuzlu beynəlxalq maliyyə təşkilatı Azərbaycanın bank bazarınaqayıdıb!Azərbaycandareal sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika vəAsiya İnkişaf Bankı (AİB) arasında kredit sazişi imzalanıb.
azxeber.com xəbər verir ki, sazişə əsasən Banka20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada iri həcmli kreditayrılacaq.
Cəlb edilənvəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan realsektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətininmaliyyələşdirilməsinə imkan verəcək. "Bank Respublika"nın geniş filial şəbəkəsisayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyətgöstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
""Biz, Asiya İnkişafBankının uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhzBank Respublika ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyəinstitutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də "BankRespublika"nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizəreal sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla daölkədə sahibkarlığın inkişafına töhfə verəcək"- deyə "Bank Respublika"nınİdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 "Kiçik vəorta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərininyaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalininüçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorundaqeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40%-i qadınlara məxsusdur. Bank Respublika Asiya İnkişaf Bankının çoxdankı, etibarlı tərəfdaşıdır və onun işi AİB-in ərzaq təhlükəsizliyiniyaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim vəbazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır.Biz Bank Respublika ilə əməkdaşlığımızdan məmnunuq vəgələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik", - deyə AİB-in Azərbaycandakı Nümayəndəliyininrəhbəri Candice McDeigan bildirib.
"Bank Respublikanın regionlarda əhəmiyyətli iştirakı,kiçik və orta biznesə diqqət yetirməsi və kənd təsərrüfatı sektorunda qadınsahibkarlar və müştərilərin maliyyəyə çıxışını təşviq etmək öhdəliyinə görəgüclü və dəyərli tərəfdaşımızdır. Bu saziş bizimregional təcrübəmizə, xüsusən də maliyyə bazarlarını gücləndirmək üçün yerlivalyutalardan istifadənin üstünlüyünə əsaslanır", - AİB-in Özəl Sektor ƏməliyyatlarıDepartamentinin baş direktoru Suzanne Gaboury bildirib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanınaparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyükmaliyyə qurumlarından biri olan Sparkassen International Development Trust(Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank, Azərbaycanın banksektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu"B2" reytinqinə (Moodys) malikdir.
Dahaətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin, telegram səhifələrində və ya BankınÇağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 12 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri