AŞPA məruzəçisi Laçına səfər etmək istəyir
AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bu gün bəyanat verib.
KONKRET.az xəbər verir ki, o, iki ölkə arasında gərginliyin son aylarda artdığını, həm Azərbaycan, həm də Ermənistanın vəziyyətin pisləşməsinin qarşısını almaq üçün həll yolunun tapılmasına töhfə verməsinin vacib olduğunu deyib.
Deputat vəziyyətlə bağlı hesabatın gecikmədən hazırlanmalı olduğunu, mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən Laçın yoluna səfər etmək niyyətində olduğunu bildirib.
"Laçın yolundakı şəraitlə bağlı ilkin təcrübəni əhatə edəcək səfərim zamanı mən bütün müvafiq həmsöhbətlərlə görüşməyə hazıram. Son günlər gərginliyin təəssüf doğuran yüksəlişinə baxmayaraq, mən əminəm ki, həm Ermənistan, həm də Azərbaycanın əməkdaşlığına və xoş niyyətinə arxalana biləcəyəm. Məqsədim ədalətli, dəqiq və dürüst hesabat hazırlamaqdır", – deyə məruzəçi bildirib.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi