Asperger sindromu uşaqların ünsiyyət qurmaqda çətinlik çəkməsi ilə müəyyən edilir

Asperger sindromu uşaqların ünsiyyət qurmaqda çətinlik çəkməsi ilə müəyyən edilirAutizm pozğunluqlarından biri də Asperger sindromu şəklində özünü büruzə verir və onun üçün inkişafda gecikmələr, əlaqə qurmaq çətinliyi və sosiallaşma çatışmamazlıqları xarakterikdir. Asperger sindromu dil və fərdi inkişafa təsiri ilə fərqlənir. Həmin sindromun aşkar edilməsi avstriyalı uşaq həkimi Hans Aspergerin adı ilə bağlıdır. Həmin uşaqların empatik bacarıqlarının az olduğunu, sözsüz ünsiyyətdə çətinlik çəkdiklərini və yaşıdları ilə müqayisədə daha bacarıqsız olduqları müəyyən edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: "Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Asperger sindromu olanların zəkaları və dil inkişafları normaldır. Bəzi uşaqlarda yüngül, bəzilərinə isə ciddi şəkildə təsir edən əlamətlərə səbəb ola bilir. Sindromun bir çox əlamətləri özünü gec büruzə verir, əksər hallarda 5-9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulur. Əlamətləri əksər hallarda uşaqların ünsiyyət qurmaqda çətinlik çəkməsi ilə müəyyən edilir. Onların sosial davranışları fərqli olur. Uşaq məktəbə getməyə başlayanda problemlər daha qabarıq şəkildə özünü göstərir. Bunun başlıca səbəbi əsəbi ünsiyyət əlaqələri olduğundan digər uşaqlarla problem yaşamaqdan ibarətdir".
Müsahibimiz deyib: "Uşaqlarda Asperger sindromunun bir sıra əlamətləri var. Onlar təkbaşına oynamaq istəyir və qrup oyunlarında iştirak etmirlər. Ünsiyyət zamanı üz ifadələri və göz təmasından istifadə edə bilmirlər. Bacı-qardaşları və dostları ilə ünsiyyətdə çətinliklə üzləşirlər. Empatiya azlığı göstərir və duyğuları qarşılıqlı şəkildə anlaya bilmirlər. Məsələn, başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını anlamırlar. Danışıq zamanı onların işlətdiyi sözlərdə vurğu olmur. Zarafatı başa düşmürlər. Bəzi uşaqların nitqində gerilik özünü büruzə verir, təzə söz və ya cümlə öyrənəndən sonra onu yadından çıxarır və təkrar işlədə bilmir. Lakin həmin problemlə üzləşən uşaqların heç də hamısında həmin əlamətlər özünü göstərmir. Onların bəzilərində əlamətlər aşkar hiss olunsa da, bəzilərində çox yüngül sezilir. Asperger sindromunda daha çox təkrarlanan və əsəbi davranışlar, işıq, səs, qoxu, dad və toxunmaya qarşı həssaslıq və qəzəblilik kimi keyfiyyətlərlə rastlaşmaq mümkündür".
Psixoloqun dediyinə görə, yetkinlik yaşına çatanda Asperger sindromunun daşıyıcıları epilepsiya, depressiya və əsəbilikdən şikayətlənir, onlarda qidalanma zəncirinin pozulması nəticəsində yeməkdən imtina və sosial əlaqə çətinliyi müşahidə edilir: "Həmin sindromun daşıyıcılarına diaqnoz qoyulması üçün xüsusi testi yoxdur. Ancaq bu vəziyyətin diaqnozunda bəzi köməkçi vasitələr var və onun vasitəsilə xəstəliyin şiddətini də müəyyən etmək olar. Sindromun müalicəsi olmasa da, uşaqların mümkün olduğu qədər normal bir yaşayış keçirməsi üçün müalicələr var. Həmin müalicələr ünsiyyət və sosial bacarıqların, eləcə də davranışın qaydaya salınmasına kömək edir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri cəbhədən son xəbər sonxeber.az xeberler bugun 2026