Astara sakini həmkəndlisinin evindən oğurluq etdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini S.Quliyevaya məxsus yaşayış evindən 450 manat dəyərində 1 ədəd televizorun və ümumilikdə 3500 manat dəyərində 7 ədəd xalçanın oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şiyəkəran kənd sakini E.Bayramov olduğu müəyyən edilib. Oğurlanmış əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR