Astara sakini karantin qaydalarını pozaraq 40 nəfərlik məclis təşkil etdi
Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.
Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan Ş. Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı
"Anam və bacım da yanımda idi, dedim ki, mahnını söndür..." — Son zəngdəki hadisənin təfərrüatı
Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə yoxa çıxıb: "Oğlumu qanunsuz saxlayıblar"
Rəsmi Bakı QƏRAR VERDİ: Azərbaycanın bu gedişi hər şeyi dəyişəcək
Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLAR
Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub
ABŞ İrana qarşı "ildırımsürətli müharibə" planı həyata keçirəcək – Tarix açıqlandı
Onlar rəqəmsal terrora məruz qalır, səs və görüntüləri təqlid edilir
Nazir müavini Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində iştirak edib
İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempion
Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti
"Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək
İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi