Astarada dəhşətli qətl: Atasını verilişə görə öldürdü, cəza almadı
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb.
İstintaq materiallarında qeyd edilib ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə "Space TV"də yayımlanan "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədilməsi sübut edilib.
Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir.
Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.
Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR