Astarada gənc qızlar üçün təlimlər keçirilib - FOTO
Azəri Gənclər Alyansı ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən nikahlara yox!" adlı növbəti maarifləndirmə tədbirləri uğurla həyata keçirilib.
Azəri Gənclər Alyansı ictimai birliyi layihə çərçivəsində yekun maarifləndirici təlimlərini fevral ayının 16-ı və 17-də Astara şəhərində həyata keçirib. İki günlük tədbirdə 50-dək yeniyetmə gənc qızlar üçün mövzu ətrafında interaktiv təlimlər və ictimai dinləmələr təşkil edilib.
Tədbirdə Astara rayon icra hakimiyyətinin nümayəndəsi Günel Lətifzadə, Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova, DİN yanında İctimai Şuranın üzvü Sevda Mammadova və Gənclər Fondunun Təlimçi Məlumat Bankının təlimçisi Ayfər Şakirli iştirak edib. Təlimlərdə gənc qızlara erkən nikahların fəsadları və bu qanuna zidd halların qarşısının alınması istiqamətində ətraflı məlumat verilib və təhsil almaqları üçün onlara "liderlik" təlimləri keçirilib.
Qeyd edək ki, Azəri Gənclər Alyansı İB "Erkən nikahlara yox!" adlı maarifləndirmə işləri çərçivəsində, ictimai-praktiki erkənnikah.az internet saytının hazırlanaraq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.




/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR