Astarada oğurluq edən həmkəndlilər saxlanıldı
Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib. Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar onlardan aşkarlanaraq maddi-sübut kimi götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib