Astarada sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB-4 - FOTO

Astarada sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB-4 - FOTOAstarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
15.47
Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.
KONKRET.azxəbər verir ki, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.
Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
12:59
Astarada itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
KONKRET.az xəbər verir ki, rayonun Dirya kənd sakini Eynəli Cəlal oğlu Əzizovun meyiti Şümrüd kəndinin ərazisində aşkarlanıb
Onun üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Report
12:52
Astarada itkin düşən şəxsin meyiti tapılıb.
KONKRET.az "Report"a isitnadən xəbər verir ki, rayonun Dirya kənd sakini, Eynəli Cəlal oğlu Əzizovun meyiti rayon ərazisində aşkarlanıb.
12:44
Astarada 54 yaşlı kişi itkin düşüb.
KONKRET.az xəbər verir ki, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun yaxınları polisə müraciət ediblər.
Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Astarada sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB-4 - FOTO

Hadisə       Tarix: 03 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb. Hərəkətdə olan "Mercedes"

14 yaşlı qız sirkə turşusundan zəhərləndi

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib. -a istinadla xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

Şirvanda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı yü

Tehranın yaxınlığında zəlzələ oldu

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikd

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmü

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət bugünkü son xəbərlər xəbər.az xeberlər