Astarada yol qəzası baş verdi, ölənlər var
Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində Astara rayonun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonajlı yük avtomobilinin altına girib.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilasetmə qrupunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi