"Atəşgah" Sığorta Şirkəti 26-cı fəaliyyət dönəmini qeyd edib - FOTOLAR

"Atəşgah" Sığorta Şirkəti 26 illik fəaliyyət dönəmi münasibətilə təntənəli tədbir keçirib.
azxeber.com xəbər verir ki, Gülüstan sarayında baş tutan tədbirə "Atəşgah" Sığorta Şirkətinin rəhbər heyəti, 400 nəfərə yaxın əməkdaşı, bir sıra qonaqlar və eləcə də Şirkətin bəzi sabiq əməkdaşları qatılıb. 
Xoş musiqi sədaları ilə qarşılanan qonaqlar xüsusi əyləncəli foto aparatları ilə tanış edilib və beləcə əyləncəli foto mərasimi ilə tədbir açıq elan edilib. 
Daha sonra əsas zala dəvət edilən iştirakçılara Nizami Əliyevin möhtəşəm piano ifası və milli rəqs proqramları təqdim edilib.
Tədbirin rəsmi hissəsini "Atəşgah Həyat" Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev öz nitqi ilə açıq elan edib. Rəsmi hissənin davamında "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev, "Atəşgah Həyat" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, "Atəşgah Həyat" Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov da çıxışlar ediblər. 
Onlar müxtəlif təqdimatlar vasitəsilə "Atəşgah" Sığorta Şirkətinin strategiyası, 26 il ərzində baş vermiş mühüm hadisələr, qazanılan uğur və nəaliyyətləri qonaqların diqqətinə çatdırıblar. 
Daha sonrakı illər üçün böyük hədəflərin olduğunu qeyd edən rəhbər heyət komanda olaraq qarşıya qoyulmuş  bütün məqsədlərə doğru əmin addımlarla irəlilədiklərini, şübhəsiz bu yolu nəaliyyətlə başa vuracaqlarını bildirib və şirkətin əldə etdiyi uğurlara görə, vəzifələrini layiqincə yerinə yetirən əməkdaşlara da təşəkkürünü bildirib.
Nitqlərdə 26 illik fəxrli yolun və qarşıya qoyulan gələcək məqsədlərin hər birinin müştərilərin məmnuniyyəti artırıb, onlara daha keyfiyyətli xidmət göstərməyə xidmət etdiyi vurğulanıb.  
Rəhbər heyətin nitqlərindən sonra artıq 5, 10 və 20 ildir ki "Atəşgah" Sığorta Şirkətində çalışan əməkdaşların təltifetmə mərasimi olub. Uzun müddət ərzində şərəfli uğur yolunda birlikdə addımladıqlarına görə Şirkətin nəaliyyətlərində mühüm paya malik əməkdaşlara hədiyyə və təşəkkürnamələr təqdim edilib. 
Əməkdaşların fikir və rəylərini öyrənmək, onların əsasında gələcək strategiyanı müəyyənləşdirmək naminə keçirilən müxtəlif sorğuların nəticələri də tədbir zamanı açıqlanıb. Sorğu əsasında bəzi əməkdaşlar müxtəlif nominasiyalar üzrə mükafatlanıblar.  
Daha sonra "Atəşgah" Sığortaya məxsus himn bir sıra əməkdaşlar tərəfindən səsləndirilib və himnə həsr olunmuş video-çarx nümayiş olunub. 
Rəsmi hissə yekunlaşdıqdan sonra tədbir əyləncə proqramları ilə davam edib. İştirakçılar tanınmış incəsənət xadimləri Aygün Kazımova və Ədalət Şükürovun ifasında səslənən populyar mahnıların sədaları ilə rəqslərinə davam ediblər. Sonda tort kəsimi ilə məclisə yekun vurulub.
 

İqtisadiyyat       Tarix: 29 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en yeni xeberler son xeberler 2026 cəbhədən şad xəbər