Atlantik okeanında təyyarədaşıyan gəmi batırıldı: Ekoloqlar buna qarşı çıxdılar
Braziliya Hərbi Dəniz Qüvvələri Atlantik okeanı sahillərində istismardan çıxarılan A12 "Sao Paulo" təyyarədaşıyan gəmisini batırıb.
KONKRET.azxəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Bildirilib ki, ekoloqlar və bəzi rəsmilər buna qarşı çıxıblar.
Məlumata görə, təyyarədaşıyan gəmi fevralın 3-də batırılıb.
Braziliya Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, prosedur texniki tələblərə və təhlükəsizlik tədbirlərinə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, gəmi 1960-cı ildə Fransa Hərbi Dəniz Qüvvələri üçün istehsal edilib. Gəmi Fransanın Sakit okeanda nüvə sınaqlarında iştirak edib. 2000-ci ildə Braziliya Fransadan təyyarədaşıyan gəmini alıb, 2018-ci ildə isə istismardan çıxarılıb.
2021-ci ildə gəmi 1,9 milyon dollara Türkiyənin "Sok Denizcilik" şirkətinə satılıb. Ekoloqlar gəmidə asbest də daxil olmaqla zəhərli maddələrin olduğunu bildiriblər. 2022-ci ilin yayında Türkiyə onu qəbul etməkdən imtina edib.
Braziliyanın ətraf mühit agentliyi (İbama) xəbərdarlıq edib ki, gəmi suda yaşayan canlıların böyüməsinə mane ola bilər və ekosistemin pozulmasına səbəb ola bilər.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır