ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLAR

ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLARBu ilin mart ayında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda və Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda Forum və silsilə tədbirlər keçirilmişdir.
Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq-Türkman Cəbhəsi başkanı, millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədrı Dr. Nebil Şahin Kifrili tərəfindən bu yaxınlarda Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunmuşlar.
Newscenter.az xəbər verir ki, dəvət əsasında hazırda Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.
Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulmuşdur.
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLAR Bu gün Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində və Kışla Şəhid və Məhbuslar Dərnəyində görüşlər keçirilmişdir, o cümlədən Təzə Xurmatu qəsəbəsində Şəhidlərin toplum məzarlığı ziyarət edilmişdir.
Bu muzey Səddam Hüseyn repressiyasına məruz qalmış və İŞİD tərəfindən heç bir günahı olmayan qətlə yetirilmiş türkmanların toplum şəhidlik muzeyidir.
20 iyun 2009-cu il tarixində Təzə Xurmatu tarixinin ən qanlı günlərindən birini yaşamışdır. Peyğəmbər Əzəm (s) məscidi və hüseyniyyəsinin yaxınlığında partladılan minalanmış yük maşını nəticəsində təxminən 89 mülki şəxs şəhid olmuş, 200-dən çox insan – əsasən qadınlar, uşaqlar və yaşlılar – yaralanmış və bütün ərazi dağıdılmışdır.
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLAR Bundan əlavə, 2015-ci ildə Təzə nahiyəsi terror təşkilatı DEAŞ tərəfindən kimyəvi hücuma məruz qalmışdır. DEAŞ bölgəni kimyəvi maddələr ehtiva edən Katyuşa raketləri və minaatan mərmiləri ilə bombardman etmişdir. Bu hücum, təşkilatın vəhşiliyinin və günahsız qadın, uşaq və dinc əhaliyə qarşı qəsdən yönəlmiş cinayətlərinin bariz nümunəsidir. Beynəlxalq miqyasda qadağan olunmuş silahların istifadəsi onların alnında qara ləkə olaraq qalır.
Bu şəhidlərin arasında universitetlərdə türk dilinin öyrənilməsi məsələsini qaldıran Hüseyn Dəmirçi də olmuşdur. Tələbələr onun müdafiəsinə qalxsalar da, o həbs edilib, işgəncələrlə şəhidliyə qovuşmuşdur.
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLARİraq türkmənlərinin tanınmış şəhidlərindən biri şəhid Hüseyn Əli Musa "Tempəl Abbas" teatr sənətində parlaq istedada və tükənməz enerjiyə sahib idi və İraqdakı türkmən hərəkatının mədəni və siyasi yolunda böyük rol oynamışdır. Onun yaradıcı şəxsiyyəti türkmən xalqının mədəni və siyasi hüquqlarının müdafiəsində mühüm təsirə malik olmuşdur. O, müxtəlif sahələrdə aktiv idi və şəhid Abdullah Abdurrahman rəhbərliyindəki Türkmən İxvan Klubunun, Müəllimlər Sindikatının və Türkmən Tələbələr Birliyinin üzvü olaraq bütün fəaliyyətlərdə iştirak etmişdir.Böyükdən kiçiyə bütün türkmən şəhərlərində ona dərin hörmət bəslənirdi və o, həqiqətən xalqın sənətkarına çevrilmişdi.
2 noyabr 1971-ci ildə Baas rejiminin türkmənlərin mədəni hüquqlarını ləğv etməsinə etiraz olaraq türkmən tələbələrinin başladığı ümumi tətilə şəhid bütün gücü ilə qatıldı. Tətilin ardınca Baas rejimi çox sayda fəalı, o cümlədən Müəllimlər Sindikatının bütün idarə heyətini həbs etdi. Hüseyn Əli Musa də bu həbslər arasında idi və 7 noyabr 1971-ci ildə ağır işgəncələr nəticəsində şəhid oldu.
Şəhidlik məzarında edamlarda istifadə olunan simvolik dar ağacı, övladlarına, ərlərinə yardım aparan, vəfat edən edən anaların geyimləri saxlanılan muzey - Analar muzeyi də ziyarət olunmuşdur. / azxeber.com

Sosial       Tarix: 09 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsi

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Birinci xanımlar bir arada - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Bu şəxslər 40 manat cərimələnəcək

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır. Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanlar

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər ensonxeberler bugunun xeberleri kriminal xeber