Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır.
Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsusi işıqforun quraşdırılması nəzərdə tutulub. Yeni sistem avtobusların ümumi nəqliyyat axınından asılı olmadan hərəkət etməsinə, xüsusilə kəsişmələrdə vaxt itkisinin azaldılmasına imkan yaradacaq.
Digər tərəfdən, bu yeniliyin yol hərəkətinin təşkilinə, digər nəqliyyat vasitələrinin hərəkətinə və şəhərdə tıxac probleminə necə təsir edəcəyi də maraq doğurur.
Mövzu ilə bağlı azxeber.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yeni svetofor sistemi avtobusların daha nizamlı və sürətli hərəkətinə müsbət təsir göstərəcək:
"Yeni tətbiq olunacaq svetofor sisteminin avtobusların daha nizamlı və sürətli hərəkətinə müsbət təsir göstərəcəyini düşünürəm. İlkin olaraq bu sistem Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində tətbiq ediləcək. Bu təşəbbüs AYNA-nın təklifi əsasında həyata keçirilir.
Hesab edirəm ki, ayrılmış avtobus zolaqları yaradılırsa, svetoforlarda da avtobusların hərəkətinə uyğun yaşıl dalğa sistemi tətbiq olunmalıdır. Məqsəd avtobusların işıqforlarda daha az dayanmasını və hərəkət sürətinin artırılmasını təmin etməkdir.
Son statistik göstəricilər də ayrılmış avtobus zolaqlarının səmərəliliyini və sərnişin sayında artımı təsdiqləyir. Hazırda yerüstü ictimai nəqliyyatda ən çox sərnişin daşıyan nəqliyyat vasitəsi avtobuslardır. Son üç ildə avtobus zolaqlarının şəbəkəsi genişlənərək 117 kilometrə çatıb, bu göstəricinin 160 kilometrə qədər artırılması nəzərdə tutulur".
Ekspertin sözlərinə görə, avtobus zolaqlarının fasiləsiz fəaliyyəti təmin edilməli, mövcud boşluqlar aradan qaldırılmalıdır:
"Düşünürəm ki, avtobus zolaqlarının fasiləsiz fəaliyyətinin təmin olunması istiqamətində təxirəsalınmaz qərarlar verilməlidir. Bir çox ərazilərdə bu zolaqların effektivliyi artıq hiss olunur. Lakin mövcud boşluqlar aradan qaldırılmalı, ayrı-ayrı hissələr bir-biri ilə əlaqələndirilməli və yeni nəsil svetoforların sayı artırılmalıdır. Bu, avtobusların daha sürətli və maneəsiz hərəkətinə imkan verəcək.
Digər mühüm məsələ sərnişinlərin minib-düşmə prosesinin sürətləndirilməsidir. Bu baxımdan, avtobusların bütün qapılarında validatorların quraşdırılması məqsədəuyğun olardı. Beləliklə, dayanacaqlarda gözləmə və sərnişinlərin minib-düşməsi üçün sərf olunan vaxt minimuma endirilə bilər".
Rauf Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın inkişafı üçün yalnız avtobus zolaqları və xüsusi işıqforlar kifayət etmir, dayanacaq infrastrukturu da müasirləşdirilməlidir:
"Bununla yanaşı, küçə və dayanacaq infrastrukturu da müasir tələblərə uyğunlaşdırılmalıdır. Səkilərdən dayanacaqlara qədər olan piyada yolları rahat və maneəsiz olmalı, dayanacaqlar isə avtobusların vaxt itirmədən paralel şəkildə dayanmasına imkan verəcək formada layihələndirilməlidir.
Bu məqsədlə müasir Kassel bordürlərindən istifadə edilə bilər. Belə bordürlər avtobusun dayanacağa maksimum yaxınlaşmasına, sərnişinlərin isə rahat minib-düşməsinə şərait yaradır. Səviyyə fərqlərinin aradan qaldırılması üçün Vyana platformalarının tətbiqi də effektiv həllərdən biridir. Bu platformalar panduslu giriş-çıxış imkanları ilə sərnişinlərin hərəkətini asanlaşdırır. Eyni zamanda, avtobusların dayanacağa rahat yanaşması üçün müvafiq infrastruktur həlləri də nəzərdə tutulmalıdır.
Ümumilikdə, bu istiqamətdə görülən işləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, əlavə təkmilləşdirmə tədbirləri həyata keçirilməklə avtobus nəqliyyatının sürəti, rahatlığı və komfortu daha da artırıla bilər. Nəticədə ictimai nəqliyyatdan istifadə sərnişinlər üçün daha əlçatan və cəlbedici olacaq".
Fəridə Əsədzadə

Sosial       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

SSRİ-də ucuzluğun sirri: Stalinin iqtisadi siyasətinin görünməyən tərəfi

Stalin dövründə qiymətlər niyə daim ucuzlaşırdı, Xruşşov hakimiyyətə gələndən sonra isə bahalaşmağa başladı?. Cəmiyyətdə "Stalinin vaxtında yaxşı yaşayırdıq, yoxsa Xruşşovun dövründə?" mübahisəsi adətən bir faktı

Azərbaycanın 2027-ci il büdcəsi: Gəlirlər və xərclər bəlli oldu

Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki , layihəyə əsasən

Toydan çıxan piyadanı avtomobil vurdu

Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurub. -a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, 1991-ci il təvəllüdlü Cahid Lələyevi avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanay

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Dövlət gələn il daha çox pul xərcləyəcək – Yeni rəqəmlər açıqlandı

Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova gələn il üçün dövlət büdcəsinin gəlirlərinin cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat artırılaraq 39 milyar


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun xabarlar iqtisadiyyat xeberleri bugun apa.az xeberler