AVRO-2020: İlk finalçı müəyyənləşdi
Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, finala vəsiqə uğrunda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutan matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edib.
Oyunun ilk hissəsində qapılara top vurulmayıb. Hesabı 60-cı dəqiqədə italiyalılar açıblar. "Skuadra Adzurra"nın heyətində Federiko Kyeza fərqlənib. 80-ci dəqiqədə İspaniya millisinin hücumçusu Alvaro Morata tarazlığı bərpa edib. Görüşün əsas vaxtı heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb. Hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Roberto Mançinin baş məşqçi olduğu kollektiv adını finala yazdırıb.
Qeyd edək ki, İtaliya millisinin finaldakı rəqibi İngiltərə və Danimarka arasında keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada