"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir.
KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını və əsas məqsədlərinin üç xal qazanmaq olduğunu bildirib.
"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq".
Dambrauskas rəqibin oyun üslubuna da toxunaraq "Slaviya"nın hücumameyilli komanda olduğunu vurğulayıb.
"Slaviya"nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. "Slaviya" hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq".
O Çempionlar Liqasında komandanın keyfiyyətinin mühüm rol oynadığını qeyd edib. O, rəqib seçimindən asılı olmayaraq, bütün görüşlərdə layiqli mübarizə aparmağa çalışacaqlarını deyib.
"Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. "Slaviya" uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm".
Qeyd edək ki, "Sabah" – "Slaviya" qarşılaşması oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman       Tarix: 13 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu

"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb. KONKRET.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesabl

Millimiz Litvaya qarşı

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq. xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək. Sentyabrı

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Millətlər Liqası: Türkiyənin Belçika sınağı

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunun növbəti oyunları bu gün keçiriləcək. KONKRET.azxəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. Qrup mərhələsi. 2 oktyabr

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xəbər az valyuta məzənnələri azerbaycan son xeber bugun