AVRO-2020: London polisi 86 nəfəri həbs etdi
London polisi AVRO-2020-nin İtaliya - İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib.
Publika.az "Sky Sports"a istinadla xəbər verir ki,53 həbs birbaşa "Uembli" stadionunda həyata keçirilib. İnsanlar ictimai asayişin pozuntusu, digər insanlara hücum və içkili vəziyyətdə olma ittihamları ilə tutulublar. İngiltərəlilərin italiyalı fanatlara hücumları da qeydə alınıb.
Daha əvvəl məlum olub ki, biletsiz azarkeşlərin bir hissəsi stadiona çaxnaşma nəticəsində daxil ola bilib. Habelə, 19 polisin matçda və stadion ətrafında xidmət vaxtı xəsarət aldıqları vurğulanıb. Onlardan birinin qolu sındırılıb, digərinin dişləri qırılıb.
Qeyd edək ki, "Uembli" stadionunda təşkil olunmuş final matçında İtaliya İngiltərəni penaltilərlə 3:2 (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) hesabı ilə yenib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada