AVRO-2028: Rusiya millisi iştirak etməyəcək

AVRO-2028: Rusiya millisi iştirak etməyəcəkRusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcək.
KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın "Sport-Express" nəşri UEFA-nın baş katibi Teodor Teodoridisin təşkilatın üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək püşkatmada 55 deyil, 54 milli komanda iştirak edəcək. Rusiya yığması iştirakçıların siyahısına daxil edilməyib.
Seçmə mərhələdə iştirak edəcək komandalar Millətlər Liqasının 17 noyabr tarixinə olan reytinqinə uyğun olaraq səbətlərə bölünəcək. Püşkatmanın nəticəsində 12 qrup formalaşdırılacaq.
Qeyd edək ki, AVRO-2028 İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Turnirin 9 iyun – 9 iyul 2028-ci il tarixlərində təşkili nəzərdə tutulur.
Xatırladaq ki, UEFA və FIFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları ilə əlaqədar Rusiya milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb.

İdman       Tarix: 19 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

AVRO-2028: Rusiya millisi iştirak etməyəcək

Rusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcək. APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın "Sport-Express" nəşri UEFA-nın ba

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib. AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihab

ÇL: Bu gün 9 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir. KONKRET.azxəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi. IV tur. 3 noyabr. Saat 21:45. "Şaxtyo

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər cebheden xeber xeberler bugun 2026 son xabar