Avropa azərbaycanlıları Brüsseldə İlham Əliyevi belə qarşılayır - FOTO
Avropada yaşayan azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.
Publika.az xəbər verir ki, onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa Azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" plakatları, eyni zamanda Azərbaycan və Avropa İttifaqının bayraqlarını tutublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı NATO-nun iclasında iştirak edəcək. Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.
Sabah həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş "Şərq Tərəfdaşlığı" proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq. Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq. Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var