Avropa Birliyi hərəkətə keçdi - Türklər icazəsiz dönər sata bilməyəcək
Türkiyə, Almaniya və digər Avropa ölkələrində bir qrup türk dönər istehsalçısı Avropa İttifaqı Komissiyasına müraciət edib.
KONKRET.az xəbər verir ki, dönər istehsalçıları müəyyən etdikləri standartlara uyğun olunmayan dönərlərin "dönər kabab" kimi satışının qadağan edilməsini tələb ediblər. Tələbdən asılı olaraq, yalnız Aİ tərəfindən təsdiq edilmiş dönər AB möhürünü ala biləcək.
Ərizə ciddi nəzərə alınaraq etiraz müddəti üç ay müəyyən edilib. Bu müddət ərzində ciddi etirazlar olmasa, "dönər kabab" müraciət edən türk istehsalçıların hazırladığı inqrediyentlər və düsturlarla qeydiyyata alınacaq. Gələcək istehsalçılar bu düsturlara əməl etməsələr, AB-nin təsdiqini ala bilməyəcəklər.
AB tərəfindən təsdiqlənmiş dönər kababının ən vacib tələbi onun ətidir. Buna uyğun olaraq dönər əti ən azı 16 aylıq iribuynuzlu mal-qaranın və ya ən azı 6 aylıq qoyunun bud və arxa ətindən hazırlanacaq. Əgər qiymə ilə hazırlanırsa, qiymə nisbəti 60 faizdən çox olmayacaq. Eləcə də Aİ-də qeydiyyatdan keçməsi tələb olunan iri ölçülü hazır dönər kababının tərkibində aşağıdakı maddələr də olmalıdır:
100 kilo məhsul üçün 8-10 kq-a qədər heyvan yağı, lazım olduqda 2-3 kilo qatıq və ya süd, 2-3 kilo soğan, 2-3 kilo duz, 100-200 qram qara bibər, 100-200 qram ağ bibər, 100-200 qram qırmızı bibər. 100-200 qram kəklikotu.
Türk istehsalçıları həm Türkiyədə, həm də Avropada istehsal edilən dönərin ənənəvi xüsusiyyətlərinin qorunub-saxlanmasını istəyir. Onlar hesab edir ki, ənənəvi olaraq dönər bıçaqla, həmçinin qırmızı ət üç-beş millimetr qalınlığında kəsilməlidir. Toyuq ətində isə bu göstərici bir və ya iki santimetr qalınlığında olmalıdır. Həmçinin bildirilir ki, ət dönər bıçağı ilə yuxarıdan aşağı kəsilməlidir.
AB təsdiqi ilə həm marka, həm də məhsul qorunacaq. Tərkiblər və məzmun aydın olacaq.
Günel Mikayılova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi